Close

MENYU

Email:
Tel.: (+994 50) 202-48-88

Qidalanma Piramidası

Harvard Tibb Fakültəsi tərəfindən inkişaf etdirilən yeni qidalanma piramidası, gündəlik qidalanma vərdişlərimizdə diqqət etməmiz gərəkən əsas xüsusiyyətləri ortaya qoyur.

Yeni qidalanma piramidasının başlıca təklifləri:

  • Qırmızı ət, kartof, rafinə olunmuş taxıl məhsulları və spirtli içgilərin son dərəcə məhdud miqdarda istifadəsi;
  • Süd məhsullarının gündə 1-2 porsiyaya endirməsi;
  • Doymuş yağların (margarin kimi) tamamən menyudan çıxarılması;
  • Rəfinə edilməmiş taxıl məhsullarının, meyvə və tərəvəzlərin bol miqdarda istifadə edilməsi;
  • Hər gün hazır vitamin alınması.

Qidalanma Piramidasının İstifadəsi və Qidalanma Təklifləri:

  • Yediklərinizdə və içtiklerinizdə nə qədər kalori olduğunu bilin və nizamlı şəkildə idmanla məşğul olun. Bədəninizdəki artıq kalorilərin hamısı yağa çevilərək depolandığını unutmayın; bu səbəblə yediklərinizi dəyişəndə kalorilərini daim nəzarət altında saxlayın. İdmanla məşğul olmaq bir çox xroniki xəstəlikdən qorumağınıza kömək olar və bədəninizdəki əzələ miqdarını artıraraq daha çox kalori yandırmanızı təmin edər.
  • Dietanizdan zərərli doymuş yağları çıxarın; onların yerinə doymamış bitki mənşəli maye yağlar istifadə edin. Qırmızı ət, kərə yağı və bir çox süd məhsulunda olan doymuş yağlardan uzaq durun. Günəbaxan və qarğıdalı yağı kimi maye yağları istifadə edin.
  • Rəfinə taxıl məhsullarının və kartofun yerinə rəfinə edilməmiş taxıllardan hazırlanan qidalardan istifadə edin. Xüsusilə səhər yeməyində isti və ya soyuq halda rəfinə edilməmiş taxıl məhsulları istifadə edin. Tort, biskvit kimi xəmir işlərinin istehsalında ağ un yerinə kəpəkli un istifadə edin. Ağ düyü yerinə qəhvəyi düyü istifadə edin. Kəpəkli çörək istifadə edin və kartofu azaldın. Yarma(Bulqur), bu qidalanma piramidası ilə bütün dünyaya təklif edilir.
  • Mümkün olduğu qədər çox müxtəlif növ tərəvəz və meyvə istifadə edin. Orta hesabla hər gün ən az 5 porsiya tərəvəz və meyvə yeyin; səhər yeməydə meyvə də istifadə edin. Tünd rəngli tərəvəz və meyvələri üstünlük vürin. Ümumiyyətlə tərkibində olan qida maddələrinin zənginliyi baxımından ən qiymətli tərəvəzlər tünd yaşıl və bol yarpaqlılardır. Sarı, portağal rəngində və qırmızı meyvələr, paxlalar istifadə edin. Tərəvəz və meyvələri mütləq seviləcək və iştahı gətirəcək şəkildə hazırlayın. Pomidoru bişirilmiş şəkildə istifadə edin bunu edə bilmirsinizsə pomidor sousu, pomidor suyu kimi işlənmiş pomidor məhsullarını istifadə edin və ya mövsümündə təzə halda istifadə edin. Çünki pomidorda olan likopene (lycopene) adı verilən xərçəngə qarşı qoruyucu maddə, əgər pomidor bişirilmiş olaraq istidafə olunarsa qana daha tez keçir.
  • Kifayət qədər zülal alın. Zülal qaynaqlarının müxtəlif olmasına diqqət edin. Toyuq, balıq və yumurta qırmızı ətdən daha faydalıdır. Paxlalılar, quru meyvələr, soya məhsulları bir çox qida maddələri ilə zəngindirlər və bir çox tərəfləri ilə ətin yerini ala bilərlər, ancaq ətdəki zülalın biyomənimsənilməsi daha yüksəkdir. Bu qidalardakı yağ da qırmızı ətdeki yağa görə daha faydalıdır.
  • Qırıqlar və sümük əriməsi kimi narahatlıqların qarşısını almaq üçün bol kalsium qəbul edin. Hər gün 1-2 porsiya az yağlı süd məhsulu qəbul etməklə bir çox yetikin şəxslərin kalsium təlabatını təmin edir. Həmçinin paxlalılar, taxıl məhsulları, yarpaqlı tərəvəzlər də zəngin kalsium kaynaqlarıdır. Nizamlı surətdə idmanla məşğul olmaq və kifayət qədər D vitamini qəbulu da qırıqların qarşısını almaqda ən onəmli tədbirlərdir.
  • Spirtli içkilərdən istifadə edirsinizsə, mümkün qədər azaldın. Spirtin bir çox insan üçün zərərli olduğunu, həddindən artıq istifadəsi isə hər kəs üçün zərərli olduğunu unutmayın. Spirtli içkilər qadınlar üçün daha zərərlidir və qadınlar daha az istifadə etməlidirlər.

Mənbə: Yuxarıdakı məlumatlar Harvard Medical School Qidalanma Səhifəsindən götürülmüşdür.

hesablama-kutle
hesablama-ideal-kilo
hesablama-bel-cevresi
hesablama-bazal
hesablama-gunluk-enerji
qidalanma-pramidasi
qlisemik-index
urek-xestelik-riski