Endokrinoloq Dr. Sevinc Ağaqızı Türkiyə Endokrinologiya və Metabolizma Dərnəyinin fəxri üzvü, həmçinin Avropa Endokrinologiya Cəmiyyətinin həqiqi üzvüdür. Müxtəlif illərdə endokrinoloji ve metabolizma xəstəlikəri ilə bağlı bir çox beynəlxalq və yerli seminar, konfrans və simpoziyumlarda iştirak etmişdir.
● 1999 - 2005 Azərbaycan Dövlət Tibb Universiteti
Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakultəsini bitirmişdir.
● 2005 - 2006 Respublika Klinik Xəstəxanası
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında "Endokrinologiya" ixtisası üzrə internatura təhsili almışdır.
● 2009 - 2014 Bakı Dəmir Yolu Xəstəxanası
Bakı Dəmir Yolu Xəstəxanasının 2 saylı Poliklinikasında Həkim-Endokrinoloq vəzifəsində çalışmışdir.
● 2014 T.C. Sağlık Bakanlığı, İstanbul Üniversitesi Cerrahpaşa Tıp Fakültesi
İstanbul Üniversitesi Cerrahpaşa Tıp Fakültesi İç Hastalıkları Anabilim Dalı Endokrinoloji, Metabolizma ve Diabet Bilim Dalında intensiv təkmilləşmə kursu keçmişdir.
● 2015 Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "Endokrinologiya" ixtisası üzrə təkmilləşmə kursunu bitirmiş və 14.10.2015-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkil etdiyi "Sertifikasiya" imtahanından müvəffəqiyyətlə keçmişdir.
● 2015 - 2016 Medical Plaza
Medical Plaza klinikasında Həkim-Endokrinoloq kimi fəaliyyət gostərmişdir.
● 2016 Moskva Tibbi Reabilitasiya İnstitutu
Moskva Tibbi Reabilitasiya İnstitutunda (Московский Институт Восстановительной Медицины) həkimlər üçün təşkil olunmuş "Dietologiya" üzrə ixtisaslaşma kurs keçmişdir.
● 2017 - 2019 Real Hospital
Real Hospital klinikasında Həkim-Endokrinoloq kimi fəaliyyət gostərişdir.
● 2020 T.C. Sağlık Bakanlığı, Ondokuz Mayıs Üniversitesi Tıp Fakültesi
Ondokuz Mayıs Üniversitesi Tıp Fakültesi İç Hastalıkları Anabilim Dalı Endokrinoloji ve Metabolizma Hastalıkları Bilim Dalında, "Endokrinologiya", “Tiroid Ultrasonografiyası və Tiroid Biyopsiyası”, həmçinin Çocuk Sağlığı ve Hastalıkları Anabilim Dalı Çocuk Endokrinoloji Bilim Dalında "Uşaq Edokrinologiyası" üzrə təkmilləşmə kursu keçmişdir.
● 2021 Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "Endokrinologiya" ixtisası üzrə təkmilləşmə kursunu bitirmişdir.
● 2022 "PRİM" Mərkəzi
"PRİM" Mərkəzində Direktor kimi fəaliyyət gostərir.
● 2023 Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkil etdiyi 16.05.2023-cü il tarixli "Sertifikasiya" imtahanından müvəffəqiyyətlə keçmişdir.
● 2023 KRATON Klinikası
Kraton Klinikasında Həkim-Endokrinoloq kimi fəaliyyət gostərməkdədir.