Vitamin C
C vitamini immun sistemi ilə əlaqəli vitaminlərdən biridir. Askorbin turşusu olaraq da bilinən C vitamini suda həll olunan bir vitamindir. Bu səbəbdən C vitamini bədəndə depolanmır. Ehtiyac duyduğundan artıq C vitamini bədəndən sidik yolu ilə xaric olunur. Buna görə də C vitamini mütəmadi olaraq qəbul edilməlidir.
C vitamini bir sıra qida vasitələrinin tərkibində vardır, bəzən isə qida əlavəsi kimi də qəbul olunur.
C vitamininin konsentrasiyası insan toxumalarında dəyişir. C vitamini ən çox limfositlərdə, hipofizdə və böyrəküstü vəzlərdə olur. Bu C vitaminin rolunun nə qədər vacib olduğunu göstərir:
- Limfositlərin əsas funksiyası antitel (antikor) istehsalı və immunoloji yaddaşdır.
- Hipofiz - metabolizmanın bütün növlərinə təsir edən stimullaşdırıcı hormonların istehsal mərkəzidir.
- Böyrəküstü vəzlər isə bədənimizin stres əleyhinə müdafiəsini təmin edir.
Beləliklə yaşamımızı təmin edən əsas orqanların və toxumaların normal fəaliyyəti üçün C vitamini vacibdir.
Sinqa xəstəliyi - C vitamini çatışmamazlığının son dərəcəsidir və günümüzdə praktik olaraq rastlanılmır. Lakin bu vitaminin çatışmamazlığı ilə əlaqəli bir çox əlamətləri müşahidə edə bilərik:
- diş ətinin qanaması
- iştahsızlıq
- immunitetin zəifləməsi
- uşaqlarda yavaş böyümə
- yaddaş zəifliyi
- burun qanaması
- diş çürükləri
- göz altındakı dairələr
- anemiya
- quru və zədələnmiş dəri
- dərinin tez göyərməsi
- gec sağalan yaralar
- qırılan saçlar
- dırnaqlarda qırmızı nöqtələ və s.
C vitamininin çatışmamazlığının əmələ gəlməsi üçün risk faktorları:
- duzgün qidalanmamaq
- xroniki stres!!
- xroniki iltihab
- hamiləlik
- mədə şirəsinin aşağı turşuluğu
- mütəmadi spirtli içkilərin qəbulu
Vitamin C ilə zəngin qidalar:
- Qırmızı bibər
- Portağal
- Qreypfrut
- Kivi
- Çiyələk
- Yaşıl bibər
- Brokoli
- Brüssel kələmi
- Gül kələmi
Gündə nə qədər C vitamini almalısınız?
☑️Qadınlar 75 mq
☑️Kişilər 90 mq
☑️Hamiləlikdə 85 mq
☑️Süd verme zamanı 120 mq
☑️Siqaret çəkənlər isə gündəlik 35 mq daha çox C vitamini qəbul etmələri tövsiyə olunur.
Böyük ölçüdə portağal və ya 2 kivi meyvəsi gündəlik C vitamini ehtiyacınızı qarşılaya bilər.
Endokrinoloq Dr.Sevinc Ağaqızı








