Sink Faydaları
Sink faydaları uzun illərdir bilinən çox önəmli mikroelementdir.
Klinik müşahidələr onu göstərir ki, təkcə sink deyil, ümumiyyətlə bütün mikroelementlərin çatışmamazlığı və artıqlığı çox zaman eyni klinikanı verir.
Depressiya, diqqət, idrak-koqnitiv qabiliyyətlər də sinklə əlaqəlidir.
Sink həmçinin DNT-nin bütövlüyünə də təsir edir və bu da xərçəngin profilaktikasında sinkin önəmli olduğunun göstəricisidir.
Ümumilikdə orqanizimdə 1200-dən çox sink bağlayan zülal və fermentlər vardır. Sinkin təsirinin miqyasını təsəvvür edin.
Sinkin normal dəyərləri:
☑️Tam qanda 5.5-8 mkg/ml (kişilərdə 10-a kimi)
☑️Qan plazmasında 0.75-1.5 mkg/ml
Sink C vitamini ilə yaxın dostdur, idealda onunla birlikdə istifadə olunmalıdır.
Tövsiyə olunan günlük Sink dozası 10-30 mg-dır.
Sinkin iştirak etdiyi əsas proseslər:
☑️İmmun sistemin normal fəaliyyəti
☑️DNT sintezi
☑️Zülal sintezi
☑️Hüceyrələrin bölünməsi
☑️Karbohidrat metabolizması
☑️Yağ turşuları və A vit metabolizması
☑️Sümüklərin, dırnaqların, saçın və dərinin qorunması və s.
Əsasən heyvan mənşəli qidalarda və taxılda olur. Təbii qidalanma ilə yanaşı sink ehtiyacınızı bio əlavələrlə də təmin edə bilərsiniz.
Sink hansı qidalarda var?
- Qırmızı ət və süd məhsulları
- Qabıqlı dəniz məhsulları (karides, midya, istiridya və s.).
- Mərcimək, noxud, lobya, balqabaq toxumu, susam, fındıq, badam, buğda, yulaf, düyü və kakao.
Soyuqdəymə, virus infeksiyaları və.s bu kimi hallarda sink ehtiyatı çox azalır. Bu zaman bir neçə gün 1-2 qram C vitamini ilə birlikdə 70-90 mq dozada sink qəbul etsəniz, soyuqdəymə inkişaf etmir və ya müddəti/şiddəti əhəmiyyətli dərəcədə azalır.
Hazırda COVİD-19 mualicəsində də sink C vitamini ilə birgə təyin olunur və bu da sinkin nə qədər böyük əhəmiyyətə malik element olduğunu bir daha sübut edir.☝️
Sink müxtəlif formalarda olur. Sink sulfat çətin mənimsənilir və ürək bulanması verir. Bu səbəbdən sinkin pikolinat və ya qlisinat forması məsləhət görülür.
Endokrinoloq Dr.Sevinc Ağaqızı








