Şəkər Xəstələri Üçün Qadağalar
Şəkər xəstələrinə həkimlər tərəfindən verilən uzun siyahılara çox təəssüf ki, xəstələr çox vaxt riayyət etmirlər, bəlkə də bu siyahı onlara uzun gəlir, yadda qalmır və ya hər zaman əl altında olmur. Bu səbəbdən şəkər xəstələrinin menyudan çıxarmalı olduqları qidaların yığcam siyahısını sizə təqdim edirik!
⛔️Şəkər və şəkərli qidalar
⛔️Bal, cem, marmelad (şəkər əlavə edilməsə də)
⛔️Şokolad, dondurma, halva növləri
⛔️Hazır meyvə şirələri, sərinləşdirici, energetik və spirtli içkilər
⛔️Şirniyyat, biskvitlər, tortlar və digər desertlər
⛔️Qızardılmış və qovrulmuş qidalar
⛔️Yağlı qidalar (krem, qaymaq, mayonez)
⛔️İçalat(qaraciyər, beyin, böyrək, dil, dalaq, ürək, bağırsaq və s.)
⛔️Kolbasa, sosiska, sucuq, basdırma, bulyon, et ve toyuq tabletləri
⛔️Tərkibi bilinməyən hazır qidalar!
Sağlamlıq ən gözəl nemətdir və onu qorumaq öz əlimizdədir, bunu unutmayın!
Endokrinoloq Dr.Sevinc Ağaqızı








