Close

MENYU

Email:
Tel.: (+994 50) 202-48-88

Hashimoto Xəstəliyi

Haşimoto xəstəliyi-''Haşimoto tiroiditi'' immun sisteminin tiroid vəzi toxumasını yad qəbul edərək ona hücum etməsi və ona zərər vermısi nəticəsində yaranan autoimmun xəstəlikdir. Bu zaman qanda çoxlu miqdarda Anti-TPO və Anti-TG antitelləri yaranır və qalxanabənzər vəzi hüceyrələrini məhv edirlər. Zədələnmiş tiroid vəzi kifayət qədər hormon istehsal edə bilmədiyi üçün bu xəstəlik hipotiroidiyə səbəb olur.

Bu xəstəlik ilk dəfə 1912-ci ildə Yapon alimi Akira Hashimoto tərəfindən təsvir edildiyi üçün onun şərəfinə adlandırılıb.

Haşimoto xəstəliyi qalxanabənzər vəzin funksional çatışmamazlığına ən çox səbəb olan xəstəlikdir və qadınlarda daha çox rast gəlinir.

Haşimoto xəstəliyinin başlanğıcında heç bir şikayət olmaya bilər. Zamanla zədələnmiş vəzi toxuması yetərli hormon ifraz etməməyə başlayır və nəticədə hipotiroidi halı əmələ gəlir. Bu durum qalıcıdır və hətta getdikcə artır. 

Hipotiroidinin əsas simptomları:

  • Halsızlıq, yorğunluq
  • Üşümə, titrəmə və soyuğa qarşı dözümsüzlük
  • Səsin qalınlaşması (boğuq səs)
  • Şişkinlik (əllərdə, üzdə və gözlərin ətrafında)
  • Çəki alımı və arıqlamaqda çətinliklər (ciddi pəhriz və fiziki məşqlərə baxmayaraq)
  • Qəbizlik
  • Dəridə quruluq, az tərləmə
  • Saçların tökülməsi, dırnaqların qırılması
  • Menstrual pozğunluqlar, sonsuzluq, spontan abortlar
  • Azalmış libido (cinsi istək)
  • Yuxu pozğunluğu
  • Konsentrasiya pozğunluğu və yaddaş zəifliyi
  • Depressiya

Diaqnoz qanda Anti-TPO, Anti-TG antitellərinin və sT3, sT4, TSH hormonlarının səviyyəsinə görə müəyyənləşdirilir. Həmçinin Tiroid ultrasəs müayinəsində qalxanvari vəzidə ciddi exostruktur dəyişikliyi, aşağı exogenlik, heterogen görüntü, yalançı düyünlər aşkarlana bilər.

Müalicə mütəmadi olaraq, hormonlar kontrol edilərək ömür boyu davam edilir. Hipotiroidisi olan xəstələrə tiroid hormonu (Levotiroksin) təyin olunur. Tiroid hormonu səhər acqarnına qəbul olunmalı, onunla yanaşı heç bir dərman istifadə edilməməli və dərman qəbul etdikdən sonra ən azı 40 dəqiqə ərzində yemək yeyilməməlidir. Haşimoto tireoidi olan qadınlarda hamiləlik, laktasiya və menopauza dövründə hormon tələbatı daha da artır. Bu dönəmlər xüsusi diqqətlə izlənilməlidir.

 Endokrinoloq Dr.Sevinc Ağaqızı