Close

MENYU

Email:
Tel.: (+994 50) 202-48-88

Graves Xəstəliyi

Graves Xəstəliyi

Graves xəstəliyi bədənin immun sistemi ilə əlaqəli bir xəstəlikdir. Tiroid stimuləedici hormona (TSH) benzer təsir göstərən və tiroid vezinin aşırı miqdarda tiroid hormonu sintez etməsinə səbəb olan autoantitel (tiroid stimullaşdırıcı immunoglobulin) Graves xəstəliyinə səbəb olur. Bu xəstəlik zamanı tiroid vəzi həddindən artıq stimulyasiya olunduğu üçün külli miqdarda tiroid hormonu sintez olunur və hipertiroidi halı yaranır. Graves xəstəliyi olan insanların təxminən 25-40%-də klinik baxımdan əhəmiyyətli simptom olan Graves oftalmopatiyası (gözlərdə iltihab və gözlərin xaricə doğru qabarıq-bərəlmiş olması) zəif formada müşahidə olunur. Yalnız 5% Graves xəstələrində orta və ciddi dərəcədə Graves oftalmopatiyasına rast gəlinir.

Kimlər risk altındadır?

  • 40 yaş altı qadınlar
  • Ailəsində Graves xəstəliyi olanlar
  • Digər autoimmun xəstəlikləri olanlar
  • Siqaret çəkənlər

Graves xəstəliyinin simptomları

  • Çarpıntılar, ürək döyüntülərinin artması
  • Əsəbilik və/və ya tez qəzəblənmə
  • Narahatlıq, hüzursuzluq
  • Yuxu pozğunluğu
  • Əllərdə titrəmə
  • Tərləmə artışı
  • Tez-tez defekasiya
  • İncə, kövrək saçlar
  • Yumşaq, nazik və nəm dəri
  • Daha az və daha seyrək görülən menstruasiya
  • Qidalanmada dəyişiklik olmadan və ya daha çox yeməyə baxmayaraq çəki itgisi
  • Xüsusi ilə qolların yuxarı hissəsində və budda, ayaqlarda əzələ zəifliyi

Graves oftalmopatiyasının simptomlarını aşağıdakı kimi sadalamaq olar:

  • Gözlərdə qızartı, sulanma və / və ya iltihab
  • Göz ətrafındakı toxumalarda şişkinlik
  • Xaricə doğru qabarıq–bərəlmiş gözlər
  • Nadir hallarda ikigörmə
  • Çox nadir hallarda rəngli görmə və görmə itgisi

Graves xəstəliyinin diaqnozunun qoyulması

Sadəcə simptomlara əsaslanaraq Graves xəstəliyinin olub olmadığını söyləmək olmaz. Dəqiq bir diaqnoz üçün fiziki müayinə və qan analizləri tələb olunur. Göstəricilər aşağı TSH səviyyəsi və yüksək sərbəst T4 və / və ya T3 səviyyələridir. Anti-TPO, Anti-Tg və TSH reseptor antikoru (TRAB) adlanan antikorların (antitellərin) qanda səviyyələrinin yüksək olması və tipik ultrasonoqrafik əlamətlər diaqnozu təstiqləyir. Həmçinin tipik göz əlamətləri, xəstədə qalxanabənzər vəzidə böyümə və ya xəstədə digər autoimmun xəstəliklərin olması, ailədəsində tiroid xəstəliyinin olması haqqinda məlumat da diaqnozun qoyulmasına komək edə bilər.

Graves xəstəliyinin müalicəsi:

  • Antitiroid dərmanlar tiroid vəzini məhv etmədən hipertiroidinin kontrol altına alınmasına imkan verir, lakin bu dərmanlar ən azı 9 ay müddətində qəbul olunmalıdır. Xəstələrin təxminən yarısında bu dərmanlarla yenidən təkrarlanma olmadan yaxşılaşma müşahidə olunur.
  • Digər bir seçim, tiroid toxumasının radioaktiv yod radiasiyası ilə məhv edilməsidir. Ümumiyyətlə toxumanın tam sıradan çıxması yod qəbul etdikdən 2-3 ay sonra baş verir.
  • Üçüncü seçim, tiroid vezinin əməliyyatla tamamilə çıxarılmasıdır. Əlbətdə ki, xəstələr ümumi anesteziya qəbul etməzdən əvvəl antitiroid dərmanlarla eutiroid (tiroid hormonlarının qan səviyyəsinin normallaşdırılması) vəziyyətə gətirilir.

Təbii ki, son iki secim xəstəni bir muddət sonra hipotiroid vəziyyətə salacaqdır. Bu durumun qarşısını almaq üçün xəstələrə uyğun dozada tiroid hormonu təyin olunur.

 Endokrinoloq Dr.Sevinc Ağaqızı