Close

MENYU

Email:
Tel.: (+994 50) 202-48-88

YOD Çatışmamazlığı

Kateqoriya: Məqalələr
  • 1086
  • 1
    0
18.12.2021 - 01:01
1086
0

Yod bir sıra qida mənbələrində təbii olaraq tapılan və orqanizmdə uzun müddət depolana bilməyən bir elementdir.

Qida mənbələrində təspit olunan yodun mənbəyi torpaqdır. Dünyada bir çox torpaq növü vardır və bu torpaqlarda müxtəlif miqdarda yod olur. Torpaqlarda olan yod miqdarı qidaların yod tərkibinə təsir göstərir. Dünyanın bəzi yerlərində torpaqlar yod baxımından kasad olduğundan bu bölgələrdə yaşayan insanların qida ilə kifayət qədər yod almaması ilə əlaqədar yod çatışmamazlığı meydana gəlir və bu bir çox xəstəliyin meydana gəlməsinə səbəb olur.

Yod tiroid hormonlarının (Tiroksin-T4 və Triyodtironin-T3) ayrılmaz hissəsidir və bu səbəbdən hipotiroidi və hipertiroidi əmələ gəlməsində vacib rol oynayır. Yod qəbulu çox az olarsa, hipotiroidi, kretinizm və digər yod çatışmazlığı xəstəlikləri inkişaf edə bilər. Digər tərəfdən, həddindən artıq yod qəbulu hipertiroidiyə səbəb ola bilər.

Yod mənbələri:
✅Deniz yosunlar, duzlu balıqlar, qabıqlı dəniz heyvanları
✅Yodlaşdırılmış süfrə duzu
✅Pendir, yumurta, süd, qatıq
✅Soya südü, soya sousu
✅Yod tərkibli multivitaminlər

Yod ehtiyacınız nə qədərdir?
Əslində bütün həyatınız boyu cəmi bir çay qaşığı yod insan orqanizmi üçün yetərlidir, ancaq yod uzun müddət orqanizmdə depolana bilmədiyi üçün mütəmadi olaraq az miqdarda qəbul edilməlidir. Gündə 1000 mikrogramdan çox yod qəbul edilərsə, mədə-bağırsaq simptomları, ağızda metal dadı və tiroid problemləri ortaya çıxa bilər.

Gündəlik yod ehtiyacı insanın ömrü boyu dəyişir:
☑️Körpələr: (0-5 yaş): gündə 90 mcg
☑️Uşaqlar: (6-12 yaş): gündə 120 mcg
☑️Yniyetmələr və böyüklər: gündə 150 mcg
☑️Hamiləlik və laktasiya dövründə: gündə 200-300 mcg

Yod çatışmazlığının qarşısını almağın ən yaxşı yolu ÜST-nin tövsiyə etdiyi strategiyaya əməl edərək uzun müddət yodlaşdırılmış duzun istifadəsidi.

ÜST ürək-damar xəstəliklərinin qarşısını almaq üçün 5 qramdan az duz (gündə təxminən 1 çay qaşığı) qəbul etməyi tövsiyə edir. Lakin təcrübədə gündəlik duz istehlakı 10-14 qramdan az deyil. Buna görə az, lakin mütləq yodlaşdırılmış duz istifadə edilməlidir.

  Endokrinoloq Dr.Sevinc Ağaqızı