Dadlandırıcılar Dostmu, Düşmanmı?
Dadlandırıcılar, qida və içkilərə şirin dad verən və adi şəkərlərə alternativ olaraq istifadə edilən süni şəkərlərdir.
Şəkərli diabet, obezite, metabolik sindrom, ürək-damar və xərçəng xəstələri şəkərli qidaları həyatlarından uzaqlaşdırmalıdırlar, buna nail ola bilmədikdə, alternativ olaraq tövsiyə edilən dozalarda dadlandırıcılardan istifadə edə bilərlər.
Hamilə qadınların və uşaqların dadlandırıcılardan istifadəsi məsləhət görülmür.
Qida sənayesində də süd məhsulları, içki qarışığı tozları, işlənmiş qidalar və içkilərin hazırlanmasında geniş istifadə olunur.
Dadlandırıcılar iki qrupa bölünür:
1) Kalorisiz tatlandırıcılar: Saxarin, Siklamat, Aspartam, Asesulfam-K.
Saxarin şəkərdən 300 qat daha şirindir. Ağızda metal dadı buraxır. Yeməklə bişirildikdə bu acı dad artır. Saxarin gündəlik dozalarlı aşmadan təhlükəsiz istifadə oluna bilər (məsələn 15-20 tablet).
Aspartam bir amin turşusudur. Şəkərdən 180 qat daha şirindir. Gündəlik dozalarda (15-20 tablet) heç bir zərərli yan təsiri yoxdur. Ağızda metal dadı buraxmır. Fenilketonuriya xəstəliyi olanlar istifadə etməməlidirlər❗️
2) Kalorili dadlandırıcılar: Sorbitol, Mannitol və Ksilitol
Bunlar enerji dəyərinə malikdirlər, meyvə şəkəri (fruktoza) bal və meyvələrdə olurlar. Çox miqdarda qəbul edildikdə qan şəkərini yüksəldirlər.
Sorbitol istiliyə davamlıdır, dadını itirmir və ya bişəndə acı dad vermir və zamanla qatılaşma xüsusiyyətinə malik olduğu üçün mürəbbə, marmelad və s. şirniyyatların hazırlanmasıda istifadə olunur. Ancaq həddindən artıq qəbul edilərsə (gündə 50-60 q-dan çox) ishala səbəb ola bilər.
☝️Tez-tez istifadə edilən bəzi dadlandırıcıların maksimum gündəlik istifadə miqdarı aşağıdakı kimidir:
✅Sakarin - 2,5
✅Aspartam - 40
✅Asesülfam-K - 15
✅Siklamat - 11
✅Sorbitol - 50
Faydaları:
☑️Dadlandırıcılar qidalandırıcı deyil
☑️Kalori miqdarı cüzi olduğu üçün bədəndəki kalori səviyyəsini artırmır
☑️Adi şəkərdən daha şirindir və karbohidrat olmadığı üçün qan şəkərini yüksəltmir
☑️Diş çürüməsinin qarşısını alır
☑️Reaktiv hipoqlikemiyalı xəstələrdə həddindən artıq insulin ifrazının qarşısını alır
Zərərləri:
☝️Tövsiyə olunan gündəlik miqdardan artıq istifadə olanduqda yarana bilər.
☑️Süni şəkərlər adi şəkərdən daha şirin olduğu üçün onların müntəzəm istifadəsi dad tumurcuqlarının dəyişməsinə səbəb olur və daha şirin qidalara olan həvəsi artırır
☑️Beyin hüceyrələrinin zədələnməsinə və bir çox ruhi xəstəliklərə səbəb ola bilər
☑️Baş ağrısı, tənəffüs problemləri, dəri problemləri və ishal kimi müxtəlif allergik reaksiyalara da səbəb ola bilər.
Endokrinoloq Dr.Sevinc Ağaqızı