"AMPK" Gənc Görünüş və Uzun Yaşamanın Sirri
Araşdırmalalar zamanı məlum olmuşdur ki, gənc qalmamızda hüceyrə metabolizmasında iştirak edən AMPK - Adenozin Monofosfatla Aktivləşən Protein Kinaz) fermentinin mühüm rolu vardır.
AMPK piylənmə, iltihab, diabet və xərçəng kimi bir çox xroniki xəstəliklərdə nizamsız işləyir. AMPK-nın metabolik və fizioloji funksiyaları bu xəstəliklərin qarşısının alınması və müalicəsi üçün çox vacibdir.
Metabolizmada AMPK aktivləşdirildikdə anabolik reaksiyalar inhibə edilir, katabolik reaksiyalar isə aktivləşdirilir. AMPK aktivləşdikdə zülal, yağ turşuları, qlikogen və xolesterin sintezi durdurulur, yağ turşularının oksidləşməsi, qanda qlükoza səviyyəsinin tənzimlənməsi və zədələnmiş hüceyrələrin məhv edilməsi (autofagiya) prosesi aktivləşir.
İdmanla məşğul olduqda və ya qebul etdiyimiz kalori məhdudlaşdırdıqda hüceyrədə enerji səviyyəsinin aşağı deşməsinə cavab olaraq AMPK aktivləşir.
Tədqiqatlarında AMPK-nın aktivləşməsinin ömür müddətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olduğu ortaya çıxmışdır.
AMPK-nı aktivləşdirən qidalar hansılardır?
- Yaşıl çaydakı KATEXINLƏR
- Sarı kökdəki KURKUMINLƏR
- Darçındakı SİNNAMALDEHİD
- Sirkə və Propolisdəki KOFEİK TURŞUSU
- Üzümdə RESVERATROL
- Kakaodakı PROANTOSİANİDİNLƏR
- Qreypfrutdakı NOOTKATON
- Qəhvədəki XLOROGEN TURŞUSU
- Vitaminlərdən D3 və K1
Bu qidalardan gündəlik rasyonunuzda daha çox nistifadə etməyə çalışın.
Qocalmanı yavaşlatan ferment AMPK-nı necə çoxalda bilerik?
✅ gündə iki dəfə qidalanaraq
✅ axşam yeməyini erkən yeyərək
✅ az yeməklə
✅ yetərincə yataraq
✅ idman edərkən yükləmə epizodları edərək
✅ soyuq-isti şoklama edərək
✅ stressi azaldaraq
Gənc qalmanın və uzun yaşamanın sirri yene de nə yemeyimizlə, nə qədər yeməyimizlə və yaşam tərzimizlə sıx əlaqəlidir.
Endokrinoloq Dr.Sevinc Ağaqızı