Xromun İnsulin Həssasiyyətinə Təsiri

Bəzi tədqiqatçılar bu mineralın həqiqətən vacib olub olmadığında tərəddüt etsələr də, xrom bədəndə bir neçə vacib proseslərdə iştirak edir.
Bağırsaqlardan xromun məsimsənilməsi zəif olur, lakin xromun pikolinat forması daha yaxşı sorulduğu üçün bioəlavələrin də tərkibində xromun pikolinat forması olur.
Xrom insulin hormonunun bədəndəki fəaliyyətini həyata keçirməsinə kömək edən xromodulin adlı molekulun bir hissəsidir. İnsulin orqanizmdə qan şəkərini tənzimləyən hormondur. İnsulin dirənci olan və 2-ci tip Diabetli insanlarda insulinə qarşı həssaslıq azalmış olur. Bir sıra araşdırmalar göstərir ki, xrom əlavələri qəbul edən prediabetli və diabetli insanların qan şəkəri daha tez tənzimlənir.
Beləliklə XROM:
✅Xrom bədənin insulinə həssaslığını yaxşılaşdıraraq qan şəkərini və insulin ifrazını aşağı salır.
✅Aclıq və güclü yemək istəyini, xüsusi ilə də şirniyyata qarşı təlabatı azaldır.
✅Həddindən artıq yemək pozğunluğu və ya depressiyada olan insanlardakı aclıq hissini basqılayır.
Lakin xrom digər səbəblərdən yaranmış piylənmədə əhəmiyyətli çəki itkisinə nail olmaqda təsirli deyil.
Xrom çatışmazlığı nadir görünür. Əgər onu qəbul etmək istəyirsinizsə, riskləri və faydaları, artıq çəkininizin səbəbini həkiminizlə müzakirə etməlisiniz.
Endokrinoloq Dr.Sevinc Ağaqızı