Close

MENYU

Email:
Tel.: (+994 50) 202-48-88

Anabolik Steroidlər və Dopinq Effekt

Kateqoriya: Məqalələr
  • 14 Apr
    2020
  • 14:34
  • 127
  • 0
    0
14.04.2020 - 14:34
127
0

Müasir dövürdə xarici görünüş insanlar üçün çox böyük əhəmiyyət kəsb edir və bununla əlaqədar idman insanların həyatlarının bir hissəsinə çevrilmişdir. Həmçinin peşəkar idmançıların da sayı gün-gündən artrmaqdadır. Bununla yanaşı istənilən nəticəni daha tez əldə etmək məqsədi ilə bir sıra stimulyasiyaedici maddələrdən stifadə olunur. Bu maddələr içərisində en geniş istifadə olunan qrup anabolik steroidlərdir.

Anabolik steroidlər kişi hormonları ilə əlaqəli steroid hormonlar olub, tərkibi testosteron, 19-norandrosteron, nandrolon və norandrosterondan ibarət olur. Bunlar həm müalicə məqsədi ilə, həm də idman fəaliyyətini artırmaq üçün istifadə olunur. Dozadan asılı olaraq hüceyrə böyüməsini stimulyasiya edir, əzələ liflərinin ölçüsünü artırır və beləliklə əzələ kütləsini və gücünü artırır. Həmçinin kişi cinsi əlamətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur (tüklənmə, səsin qalınlaşması).

Anabolik steroidlər tez-tez peşəkar idmançılar tərəfindən aktiv idman həyatlarında, yarışlara hazırlıq dönəmində performansı artırmaq üçün dopinq olaraq istifadə olunur. Bu məqsədlə bir neçə steroid kombinasiyası eyni vaxtda istifadə olunur. Bu zaman qəbul onun miqdar tibbi məqsədlər üçün istifadə olunan dozalardan çox yüksək olur. Yarışmadan əvvəlki aylarda doza yavaş-yavaş azaldılaraq dayandırılır.

Dopinq anlayışı – idmançılar tərəfindən qısa yoldan hədəfə çatmaq üçün istifadə olunan, eyni zamanda sağlamlıq üçün zərərli olan, lakin performans artırma xüsusiyyətinə malik olan maddə ve ya metod olaraq tanınır.

Yüksək dozada anabolik steroid istifadəsinin ciddi əlavə təsirləri vardır: ürək xəstəliyi, infarkt riskinin artması, qan təzyiqinin yüksəlməsi, ürək ritminin pozğunluğu ölümlə nəticələnə bilər. Bundan başqa keçəlləşmə (alopesiya), sızanaqlar, əhval-ruhiyyədə dəyişkənlik, qaraciyər zədələnməsi və xərçəngi kimi digər əlavə təsirləri də vardır. Kişilərdə süd vəzilərinin böyüməsi (jinekomastiya), müvəqqəti sonsuzluq və təbii kişi hormonu səviyyəsinin aşağı düşməsi, qadınlarda isə keçəlləşmə, tüklənmə, səs qalınlaşması, menstrual sikl pozğunluğu və müvəqqəti sonsuzluğa səbəb ola bilər.

Dopinq alan şəxslərin bu barədə məlumatlandırılması, əlavə təsirləri baxımından müntəzəm konrtol olunması vacibdir. Düzgün qidalanma və düzənli idmanla dopinq ehtiyacı ortadan qalxa bilər.

Ümid edirəm ki, məqaləm sizin üçün faydalı olacaqdır.

Endokrinoloq Dr.Sevinc Ağaqızı