Close

MENYU

Email:
Tel.: (+994 50) 202-48-88

Saat 6-dan Sonra Yemək Olarmı və "Yuxuda Arıqlama" Nədir?

Kateqoriya: Məqalələr
  • 29 Mart
    2018
  • 15:36
  • 1478
  • 2
    0
29.03.2018 - 15:36
1478
0

Saat 6-dan Sonra Yemək Olarmı?

Pasiyentlır cox zaman qürurla deyirlır ki : "Axşam altıdan sonra yemək yemirəm!" Lakin əlavə edirlər: "Nə üçün bəs kilo verə bilmirəm? Və əgər mən kilo verirəmsə, altıdan sonra yeyən kimi itirdiyim çəki geri gəlir!"

Mən tam məsuliyyətlə bəyan edirəm ki, axşam altıdan sonra yemək nəinki olar, hətta lazımdır!

Məsələ bundadır ki, bədən 10 saatdan çox müddətdə aclıq çəkirsə, yuxu da nəzərə alınarsa bu belə olur, bu zaman bədən ağır qida stresi yaşayır. Bu zaman o enerjini qorumaq üçün bütün qoruyucu mexanizmlərini işə salır: maddələr mübadiləsini yavaşladır və yağların hər bir qramını qoruyub saxlamağa çalışır. Bununla yanaşı müdafiə strateqiyası irəli sürərək, "aclıq müharibəsi" halları üçün yağ ehtiyatları toplamağa başlayır. Nəticədə, belə bir "aclıqdan" sonra növbəti gün çəki azaltmaqdan çox "ehtiyat" toplanması baş verir. Bu çəki itirmək istəyənlər üçün bir tələdir.

Axşam nə yeyə bilərsiniz, nəyi yeməməlisiniz?

Beləliklə, bir dəfəlik yadınızda saxlayın: saat altıdan sonra yemək olar və lazımlıdır, ancaq əsas olan "axşam" yeyileçək qidaları düzgün seçməkdir.

Axşam cəsarətlə yeyə bilərsiniz:

  • Yağsız ət (toyuq, hindi, mal əti)
  • Az yağlı balıqlar
  • Kəsmik 0%-5% yağlı
  • Kartof, yerkökü və çuğundur istisna olmaqla tərəvəzlər
  • Kefir, ayran 2,5% yağlı
  • Qatıq
  • Yumurta ağı

Axşam yeməməlisiniz:

  • Şirniyyat
  • Çörək və digər xəmir məhsulları
  • Kartof
  • Sıyıqlar, makaron, düyü
  • Meyvələr

"Yuxuda Arıqlama" nədir?

Hətta axşam yeməyini müdafiə edərək gecə kilo itirmək kimi bir fenomeni izah etmək istəyirəm. Təəccüblənməyin, əgər bütün şərtlər yerinə yetirilirsə gecə də çox yaxşı çəki azalda bilərik.

Bu işdə əsas noqtə hipofizdə Somatotropin hormonunun - böyümə hormonunun ifrazıdır, onun sintezi üçün zəruri olanlar:

  1. Orqanizmə amin turşuların daxil olması
  2. Böyük miqdarda karbohidratların istifadə olunmaması
  3. Yetərli yuxu
  4. B qrupunun vitaminləri, həmçinin kalsium, maqnezium və sink

Belə olduqda yuxu zamanı bu hormonun təsiri altında bütün həyati vacib proseslər üçün 1 kkal daha çox (1 kiloqrama görə) enerji sərf olunacaq. Yəni bir ay ərzində "düzgün yuxu" zamanı əlavə üç kiloqram itirmək olar.

Ancaq amin turşularının azlığı (zulalların əsas komponentləri), vitamin çatışmazlığı, kullu miqdarda karbohidratlar və məhdud yuxu olduqda bu hormonun ifrazı dayanır. Bir xususu da qeyd edək ki, böyümə hormonu 23.00-dan 2.00-dək sintez edilir. Bunu nəzərə alın. Şam yeməyinin yatmazdan 3 saat əvvəl edilməsi məsləhət görülür.

Həmçinin, bol karbohidratlı şam yeməyi bu mohtəşəm hormonun sintezinə mane olacaqdır. Belə ki kullu miqdarda karbohidrat qəbuluna cavab olaraq hipofizə məlumat ötürülür ki, gecə boyu orqanizmdə gedən bütün proseslər üçün yetərli enerji artiq var və piy ehtiyyatlarındakı yağların parçalanmasına ehtiyac yoxdur yəni böyümə hormonu artıq lazım deyil. Beləliklə gecə boyu enerji sərfiyyatı-çəki itgisi baş vermir.

Ümid edirəm ki, məqaləm sizin üçün faydalı olacaqdır.

Endokrinoloq Dr.Sevinc Ağaqızı