Close

MENYU

Email:
Tel.: (+994 50) 202-48-88

Kişi və Qadın Arıqlaması Arasındakı Fərqlər

Kateqoriya: Məqalələr
  • 29 Mart
    2018
  • 14:33
  • 170
  • 1
    0
29.03.2018 - 14:33
170
0

Kişi və qadın arıqlaması arasındakı fərqlər:

1. Bədən quruluşuna bağlı olaraq kişilərdə yağ ehtiyyatlarının yandırılması qabiliyyəti daha effektlidir. Bu, əzələ kütləsinin çox olması, fərqli hormonal fon və qadınlara nisbətən daha sürətli metabolizma ilə əlaqələndirilir. Yağın yalnız əzələ hüceyrələrində oksidləşdiyini (yandığını) unutmayın. Beləliklə, kişilərdə əzələ kütləsi daha çox inkişaf etdiyinə görə, təbii olaraq, yağların parcalanması da onlarda daha sürətli gedir.

2. Əyər kişi və qadına hüceyrə səviyyəsində nəzər salsaq, burada da əhəmiyyətli fərqlər olduğunu görərik. Birincisi, qadınların yağ hüceyrələri kişilərinkindən daha böyükdür. İkincisi, hüceyrə fermentlər müxtəlif rejimlərdə işləyir. Qadınlarda daha çox yağ əmələ gətirən, yağın depolanmasına kömək edən fermentlər çoxdur. Kişilərdə isə əksinə, yağları parçalayan-yandıran fermentlər üstünlük təşkil edir. Nəticədə, qadınlar tez bir zamanda kökəlir və daha  yavaş arıqlayırlar. Kişilər isə daha yavaş piy depolayır və nisbətən daha sürətli çəki itirirlər.

3. Hormonlara gəldikdə isə, progesteron hormonunu qeyd etmək lazımdır. Bu hormon hamiləliyin təmin edilməsi üçün cavabdehlik daşıyır. Menstrual siklin ikinci fazasında, progesteron qadın orqanizmini ehtimal olunan hamiləliyə hazirlayaraq, butun orqanizmi piy ehtiyatı toplanmasına təşviq edir. Buna görə də qadınlar novbəti aybaşı başlamazdan əvvəl çox vaxt güclü aclıq hiss edirlər. Bu dövrdə çəki itirmək məsləhət görülmür. Ancaq menstruasiya  bitdikdən dərhal sonrakı dövr artıq kilolardan qurtarmaq üçün ən əlverişli zaman sayılır.

Orqanizmin quruluş xüsusiyyətlərinə bağlı olaraq əldə olunmuş çəkini qoruyub saxlamaq məsələsində kişilər qadınlardan daha şanslıdırlar. Lakin təcrubə gostərir ki, qadınlar daha çox motivasiyalı, səbirli və çox güclü bir iradəyə malikdirlər.

Cinsindən asılı olamayaraq hər bir kəs bilməlidir ki, piylənmə bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər: arterial hipertoniya, ateroskleroz, diabetes mellitus və s. Buna görə də öz sağlamlığımızı qorumaq üçün sağlam qidalanmalı, aktiv həyat tərzi sürməliyik, ən önəmlisi isə özümüzə və imkanlarımıza inanmalıyıq.

Endokrinoloq Dr.Sevinc Ağaqızı